Skip to main content


İşa namazının son vaxtı

Bu hədis işa namazının son vaxtının gecə yarısına kimi olmasına dəlildir.

Hənbəli alimlərində olan İbn Qudəmə “əl-Muğni” kitabında demişdir: “Ən doğru olanı, işa namazının gecənin ilk üçdə birində sonraya saxlanılmamasıdır. İşa namazının gecə yarısına qədər gecikdirilməsi də caizdir. Gecə yarısından sonra isə zərurət vaxtıdır. (yəni yalnız zərurət olduğu hallarda bu vaxta qədər gecikdirmək olar) İşanı gecə yarısından sonraya saxlamağın hökmü əsr namazını gecikdirməyin hökmü kimidir. Yuxarıda qeyd etdiklərimizi nəzərə alsaq işa namazının vaxtının ikinci fəcrə qədər olduğunu deyə bilərik”.

Hənəfilərdən əl-Kəsəni “Bədəiu`s-Sanəii” kitabında demişdir: “Bizə görə (yəni hənəfi məzhəbinə görə) işanın son vaxtı fəcru sadiqə qədərdir”.

Malikilərdən Məhəmməd ibn Əliş “Mənhu`l-Cəlil” kitabında demişdir: “İşanın ixtiyari vaxtı gecənin ilk üçdə birinin sonunda qurtarır. Həmçinin işanın ixtiyari vaxtının sübh namazına qədər uzandığını da demişlər. Amma buha ehtiyac yoxdur”.

Şafilərdən İmam Nəvəvi “əl-Məcmu” kitabında demişdir: “Seçilmiş görüş odur ki, əgər ixtiyari vaxt keçsə o zaman cəvaz vaxtı qalacaqdır ki, bu da ikinci fəcrə qədərdir. Bizim məzhəbimiz budur”.

Alimlərin görüşlərini də nəzərə alsaq işa namazının son vaxtının gecə yarısına kimi olduğunu görərik. Doğru olan da elə budur.

Gecənin ilk yarısının necə hesablandığına gəlincə isə bu aşağıdakı kimi olacaq:

Hazırda saat 19:01-də işa namazının vaxtı, 06:24-də isə sübh namazının vaxtı girir. Bu iki vaxt arasında isə 11 saat 24 dəqiqə vaxt var. Həmin bu arada qalan vaxtı yarıya bölsək 5 saat 42 dəqiq edəcək. Həmin 5 saat 42 dəqiqəni işa namazının vaxtının girdiyi vaxtın üzərinə gələndə işa namazının son vaxtının əldə etmiş olarıq. Deməli işa namazının son ixtiyari vaxtı saat 00:42-dir.