Skip to main content


Nəcasətin (natəmiz şeylər) növləri

Bu haqda Allah Rəsuluna sual verməkdən həya edirdim. Miqdad ibn Əsvəddən bu məsə haqqında soruşmasını istədim. O buyurdu: “Məzidən sonra dəstəmaz almaq lazımdır”. Müslimin rəvayətində isə belə deyilir: “Cinsiyyət orqanını yuyub daha sonra dəstəmaz alsın”.

Buxari (155) Abdullah ibn Məsuddan belə dediyini rəvayət etmişdir: “Peyğəmbər salləllahu əleyhi və səlləm böyük subaşına çıxdı və məndən üç daş gətirməyimi istədi. Mən iki daşı tapdım, amma üçüncüsünü axtarsam da tapa bilmədim. Üçüncü daşın əvəzinə peyin tapıb gətirdim. O daşları aldı və peyini tullayaraq belə dedi: “Bu murdardır”.

Nəql etdiyimiz bu hədislər ön və arxadan xaric olan şeylərin nəcis olduğunu göstərir. Çünki Peyğəmbər  salləllahu əleyhi və səlləm bu şeylərdən ya yuyunmuş, ya da yuyunmağı əmr etmişdir. Peyğəmbər salləllahu əleyhi və səlləmin zikr etmədiyi şeylər də zikr etdiyi şeylərin üzərinə qiyaslanmış və onlar üçün də eyni hökm verilmişdir.

Donuz və itdən başqa geri qalan heyvanlarınvə insanın mənisinə gəldikdə isə qeyd etdiyimiz kimi bu nəcasət sayılmır. Müslim (288) və başqaları Aişə radiyallahu anhədən belə dediyini rəvayət etmişlər: “Allah Rəsulu salləllahu əleyhi və səlləmin paltarına məni düşdüyü zaman onu ovxalayaraq təmizləyirdim. O da həmin paltarla namaz qılırdı”. Hədisdən də göründüyü kimi əgər məni natəmiz olsaydı Aişə anamız paltarları mütləq yuyardı. Heyvanların mənisinə gəldikdə isə buna belə açıqlama gətirmək olar ki, heyvanların əsi təmizdir. Donuz və it isə özləri nəcasət olduqları üçün onların mənisi də nəcasət sayılır.     

Natəmiz şeylərin hamısını təmizləmək vacibdir. Buxari, Müslim və başqalarının rəvayət etdikləri hədisdə Peyğəmbər salləllahu əleyhi və səlləm məsciddə kiçik subaşına çıxmış bədəvinin sidiyinin üstündən bir vedrə su tökməyi əmr etmişdir.

Yalnız ana südündən başqa bir şey yeməyən uşağın sidiyi istisnadır. Belə uşağın sidiyi paltara düşdüyü zaman onun təmizlənməsi üçün əli isladaraq həmin yerə çiləmək kifayətdir. Buxari (221), Müslim (227) və başqalarının Ummu Qeys bintu Muhsindən rəvayət etdiyi hədisdə belə deyilir: “Ummu Qeys (ana südündən başqa heç bir şey yeməyən) oğlu ilə birlikdə Allah Rəsulu salləllahu əleyhi və səlləmin yanına gəldi. Peyğəmbər salləllahu əleyhi və səlləm uşağı dizinin üstündə oturtdu və o Peyğəmbər salləllahu əleyhi və səlləmin paltarının üstünə işədi. O su gətirilməsini əmr etdi. Daha sonra əli ilə suyu sidik düşən yerə sıçratdı və paltarı yumadı”.

(Namaz qılmaq üçün tələb olunan şərtlərdən biri də namaz qılan şəxsin paltarının təmiz olmasıdır) Üzərinə nəcasət düşmüş şəxs mütləq paltarını həmin nəcasətdən təmizləməlidir. Üzərinə az bir miqdar irin və ya qan düşən şəxsin həmin paltarda namaz qılmasına icazə verilir. (Amma bu miqdar bir neçə damcıdan çox olmamalıdır)

Axar qanı olmayan (qarışqa, çəyirtkə və s.) həşəratların hər hansı qabdakı suya düşərək ölməsi həmin suyu natəmiz etməz. Buxari (5445) və başqaları Əbu Hüreyrə radiyallahu anhudan Peyğəmbər salləllahu əleyhi və səlləmin belə dediyini rəvayət etmişlər: “Sizdən birinizin qabına milçək düşərsə onun bütünlüklə qaba batırsın, daha sonra çıxarıb atsın. Çünki onun bir qanadında xəstəlik varsa digər qanadında şəfa var”. Burada dəlil olaraq götürə biləcəyimiz məqam odur ki, əgər milçək nəcasət olsaydı onu qaba batırmağı əmr etməzdi.

İt, donuz, onların ikisindən və ya birindən doğulan balaları istisna olmaqla heyvanların hamısı təmizdir. Çünki bu iki heyvanın hər biri öz-özlüyündə murdardır. Allah təala buyurur:

قُلْ لَا أَجِدُ فِي مَا أُوحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٍ يَطْعَمُهُ إِلَّا أَنْ يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَسْفُوحًا أَوْ لَحْمَ خِنْزِيرٍ فَإِنَّهُ رِجْسٌ

(Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allah`dan başqasının adı ilə günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”.(Ənam 145) Bununla yanaşı həmçinin aşağıda nəql edəcəyimiz hədisdə Peyğəmbər salləllahu əleyhi və səlləmin itin baş soxduğu qabı yumaqla əmr etməsi də bu heyvanların murdar olduğunu göstərir.

Balıq, çəyirtkə və insan meyitindən başqa meyitlərin hamısı nəcasətdir. İmam Əhməd (2\97), İbn Məcə (3314) və başqaları Abdu`r-Rahmən ibn Zeyd İbn Əsləmdən Peyğəmbər salləllahu əleyhi və səlləmin belə dediyini rəvayət etmişlər: “Bizim üçün iki meyit və iki qan halal buyrulmuşdur; balıq, çəyirtkə, qara ciyər və dalaq”. İmam Buxari “Səhih” kitabının qeydlərində İbn Abasdan bu hədisi rəvayət etmişdir: “Ölü və ya diri olsun, müsəlman murdar deyildir”. Müşriklər doğrudan da, murdardırlar. (Tövbə 48) ayəsini dəlil gətirərək müşriklərin murdar olduqlarını deyənlərə belə cavab vermək olar ki, burada nəzərdə tutulan müşriklərin bədəncə murdar olmaları deyil, etiqadca murdar olmalarıdır. Məhz bu səbəbdəndir ki, bəzi mənbələrdə Peyğəmbər salləllahu əleyhi və səlləmin əsirləri məsciddə bağladığı qeyd rəvayət olunmuşdur.

İt və ya donuzun başını soxduğu qabı biri torpaqla olmaq şərtilə yeddi dəfə yumaq lazımdır. Digər nəcasətlərdən isə bir dəfə yumaq kifayət edər. Üç dəfə yumaq isə daha yaxşıdır.

Buxari (170) və Müslim (279) Əbu Hüreyrədən Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Əgər it sizin qabınızdan (su) içərsə onu yeddi dəfə yuyun”. Müslimin rəvayətində isə belə deyilir: “Əgər it sizin qabınıza baş soxarsa onu təmizləmək üçün yeddi dəfə yumaq lazımdır ki, bunlardan da birincisi torpaqla olmalıdır”. Dəraqutninin (1\65) rəvayətində isə belə deyilir: “Yeddi dəfədən biri torpaqla olmalıdır”. Donuz da itə qiyas olunaraq həmin hökm çıxarılmışdır. Çünki donuz itdən daha murdardır. 

Spirt özü-özünə sirkəyə çevrilərsə təmizlənmiş olar. Çünki onun murdar olmasının səbəbi onun sərxoşluq gətirməsidir ki, o da sirkəyə çevrilməklə ortadan qalxır. Əgər içərisinə nəsə qarışdırmaq yoluyla sirkəyə çevrilərsə bu zaman təmizlənmiş olmaz. Çünki o içərisinə atlan şey də murdarlanmış olur.