Suffa.net

Qiyamət günü sorğu-suala dair bir neçə söz

Qiyamət günü sorğu-suala dair bir neçə söz

Əbu Bərzə Nadlə ibn Übeyd əl-Əsləmi radıyallahu anhdan rəvayət edildiyinə görə Allah Rəsulu salləllahu əleyhi və səlləm belə buyurdu: “Heç bir qul, qiyamət günündə ömrünü harada sərf etdiyindən, elmi ilə necə faydalandığından, malını harada qazanıb, harada xərclədiyindən, bədənini harada işlətdiyindən soruşulmadıqca olduğu yerdən tərpənə bilməz”.

Şərh:

İnsanlar qiyamət günündə, dünyada etdikləri hər bir işə görə hesaba çəkiləcəklər. Burada adı çəkilən beş şey, hesab əsnasında soruşulacaq əməllərdən ən mühüm olanlarındandır. Hədisdə beş şeyin zikr olunması sadəcə bunlardan cavabdeh olub, başqa şeylərdən cavabdeh olmayacaqları kimi şərh oluna bilməz. İnsanların həyatı Allah`ın onlara verdiyi bir əmanətidir. Bu əmanətə xəyanət etmək qəti olaraq qadağandır. Bir insan, həyatını Allah`ın əmrləri və qadağaları çərçivəsində keçirərsə, əmanətə xəyanət etməmiş olar.

İslami anlayışa görə elm, insana doğrunu və yanlışı göstərir. Elmli olan kimsə, əvvəlcə bildikləri ilə hərəkət edər və bunun əsnasında  davranışlarını ortaya qoyar. Hamı qiyamət günündə Allah`ın hüzurunda, bildikləri ilə əməl edib-etmədiyindən, elmini həyatına tətbiq edib-etmədiyindən sorğu-suala çəkiləcəkdir.

İslam dini, insanın var-dövlət qazanmasına və varlı olmasına mane olmur. Tam əksinə, çalışması, elminin əməyi ilə keçinməsi və başqasına möhtac olmaması tövsiyə olunur. Bu mövzularda qoyulan tək məqsəd, malı və mülkü halal yollardan qazanmaq, haram yollara baş vurmamaq və malın haqqını verməkdir. Şəriətə zidd olmayan yollara müraciət edərək pul qazanmaqla iş bitmir. Qazancın haraya və  necə sərf edildiyi də mühümdür.

İnsana verilən nemətlərin ən dəyərlilərindən biri də sağlamlıq və salamat olmaqdır. Bir neməti itirmədən onun qiymətini bilmək, dərk etmək çətindir. Xəstə olmadan sağlamlığın qiymətini bilməməyimizi buna misal göstərmək olar.

Bədən və ruh sağlamlığına sahib olmaq, hər şeydən öncə gəlir. Bunları qorumaq üçün bütün tədbirləri görmək, ən başda gələn vəzifələrimiz arasındadır. Yəni qiyamət günündə, bədənimizi qoruyub-qorumadığımızdan da hesaba çəkiləcəyik.

Allah təala bizə bu sorğu-sualdan salamat çıxmağı nəsib etsin. 

Dəvət gündəmi

  • İslama necə dəvət etməli – 7-ci mərhələ
    May 14 , 2017

    Əvvəlki mərhələlərdə uğur qazanmış dəvətçi indi dəvət etdiyi şəxsdə son və İslamın ayaqda qalması üçün ən vacib mərhələnin inşasına çalışmalıdır. Bu mərhələdə dəvətçi qarşı tərəfə İslamın bir toplum dini, cəmiyyət dini olmasını izah etməlidir.

  • Düşüncə tərzini dəyiş – 2-ci hissə
    Feb 11 , 2017

    Gəlin bir həqiqətə baxaq. Bir çox insan düşünür: “Mən, vərdişlərimə boyun əydiyimdə pis müsəlman oluram. Namazı vaxtında qıldığımda, məsul olduğum şeyləri yerinə yetirdiyimdə, baxışlarımı azaltdığımda və baxmamaq lazım olan şeylərə baxmadığımda isə yaxşı müsəlman oluram”.

  • Jan 31 , 2017

    İslam, yalnız yaxşı insan yetişdirməz. O, yaxşılığı ancaq özündə qalan passiv müsəlman istəməz. İslamın istədiyi, yaxşılığı başqalarına sıçrayan aktiv dəvətçilərin olmasıdır. Çünki İslam, yalnız özünü qurtarmağı düşünən eqoist fərdlərdən razı deyil. Əlbəttə gözəl dəvət üçün əvvəlcə dəvətçinin elmi və əməli cəhətdən təchizatlı olması lazımdır. Özünü qurtara bilməyən kimsənin, başqalarını xilas etməyə çalışması həm yalnışdır, həm də bu cəhd müvəffəqiyyətsizlə nəticələnəcək.

  • Düşüncə tərzini dəyişmək
    Aug 13 , 2016

    Dəvətçi qardaşım! Bil ki, sən insanların düşüncəsini dəyişməlisən. Əgər bunu etməsən imana dəvət etdiyin insanlarda iman görünüşünü görsən də, iman sütununu görməyəcəksən. Sən ilk öncə insanları özlərini dəyişməyə səbəb olacaq düşüncəyə yönəltməlisən. Bax Rəbb`im nə deyir:

  • İslama necə dəvət etməli − 6 - ci mərhələ
    Apr 13 , 2016

    Dəvətin bu mərhələsi əslində əvvəlki yəni 5-ci mərhələnin davamıdır. Əgər öncəki mərhələ Allah`a necə qulluq ediləcəyi, fərz ibadətlərin nələr olduğunu öyrənmə hazırlığı, ibadət araşdırmaları kimi dəvət binasının divarını hörməkdirsə, bu mərhələ xarici və daxili təsirlərə qarşı divarı dayanıqlı hala gətirməkdir.

Əqidə

  • Tövhid və şirkin mənası
    Apr 11 , 2017

    Tövhid Allah təalanı hər bir şəkildə təkləmək, şirk isə hər hansı bir şeyi Ona şərik qoşmaqdır. Alimlərin əksəriyyətinə görə tövhid Allahı zatında, sifətlərində və fellərində təkləməklə hasil olar. Şirk isə, Allah`a zatında, sifətlərində və yaxud fellərində hər hansı bir şeyi şərik qoşmaqdır.

  • Küfrün ikinci növü: Gizli küfr
    Jan 15 , 2017

    Küfrün əsas növlərindən ikincisini təşkil edən bu növü, açıq aşkar bəlli olmayan və asanlıqla bilinməyən küfrdür. Bu, Allah`ı və ya peyğəmbərini yalanlamağı və ya istehza etməyi ifadə edən bir sözü söyləməklə yaxud bir əməli etməklə meydana gəlir. Bu növdən olan küfrün növləri olduqca çoxdur. Bəzi növlər alimlər arasında ittifaq edilməkdədir, digər növləri isə ixtilaflıdır. Əqidə alimləri gizli küfrə aid müxtəlif misallar veriblər. Bunların ən mühimlərini aşağıdakı şəkildə ayırmaq mümkündür:

  • İmam Şafinin əməlin imandan olmasıyla bağlı söhbəti
    Jun 05 , 2016

    İmam Şafi rahiməhullah bir şəxsə deyir: “Necə oldu ki, əməllərin imandan olmaması qənaətinə gəldin?”

    Həmin şəxs: “Uca Allah`ın bu kəlamında buyrulur: “İman gətirənlər və saleh əməl edənlər.” (Bəqərə 227) Burada vav hərfi (yəni və bağlayıcısı) imanla əməli bir-birindən ayırdı”.

  • Küfrün lüğəvi mənası və tərifi
    Jun 05 , 2016

    Küfr sözü ərəb dilində olan bir sözdür. Dildəki mənası, bir şeyin üstünü örtüb bağlamaq, üstünə pərdə çəkmək deməkdir. Əkinçiliklə məşğul olan əkinçilərə, toxumları və ya çəkirdəkləri yerə basdırıb üstünü örtdükləri üçün, üstünü örtən mənasında “kafir” deyilmişdir. Belə ki, ona verilən nemətin və ya edilən yaxşılığın qədrini bilməyənlərə nankor mənasında “kafir” deyilmişdir. İman etməklə məsuliyyət daşıyan adam da iman edilməsi lazım olan şeyləri inkar edərsə, onların üstünü örtmüş olur. Bu səbəblə də ona kafir deyilir.

  • Allah`ın ad və sifətlərini tanımaq - III hissə
    Jan 14 , 2016

    Rəhman və Rəhim

     Allah təala buyurur: “Aləmlərin Rəbb`i  Rəhman və Rəhim olan Allah`a həmd olsun.” (Fatihə 1-2)

    “(Bu Quran ) Rəhman və Rəhim (Allah) tərəfindən nazil edilmişdir.” (Fussilət, 2)

    “De: “İstər Allah deyib çağırın, istərsə də Rəhman deyin. Necə çağırsanız, hər halda ən gözəl adlar Ona məxsusdur” (İsra 110)

Hədis

  • Mələklərin sizin üçün də dua etməsini istəyirsinizmi?
    Aug 09 , 2017
    1. Namazı gözlədikdə

    Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunan bir hədisdə deyilir: “Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Sizdən biriniz namaz qıldığı yerdən durmadığı və dəstəmazı pozulmadığı təqdirdə mələklər onun üçün dua edərək deyərlər: “Allah`ım onu bağışla, Allah`ım ona rəhm et”. (Buxari 445, Müslim 649)

  • Ümidini itirmə - O səni bağışlayacaq..
    Feb 24 , 2017

    Biz hər gün, hər saat müxtəlif günahlarla baş-başa qalırıq. Bu günahlar bəzən bizi üzür, ümidsiz edir və Allah`dan uzaqlaşdığımızı, artıq gözəl əməl sahibi bir insan ola bilməyəciyimizi düşünürük. Bütün bunlara qarşı isə Rəbb`imizin dəvəti budur: Allah`ın rəhmətindən ümidsiz hala gəlmək şeytanın işidir. Bu yanlış məntiqdir. “Allah`ın mərhəmətindən ümidinizi kəsməyin Allah`ın rəhmətindən yalnız kafirlər ümidini üzər”. (Yusif 87)

  • Sübhənallah və əlhəmdulilləh zikrlərinin fəziləti
    Dec 29 , 2016

    Əbu Malik əl-Əşari radiyallahu anhu Peyğəmbər salləllahu əleyhi və səlləmin  belə buyurduğunu demişdir: “Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh  tərəzini doldurar. Sübhənallah və əlhəmdulilləh (zikirlərini demək) göylə yer arasını doldurar  və ya doldurur. Namaz nurdur. Sədəqə sübutdur. Səbir işıqdır. Quran ya lehinə, ya da əlehinə dəlildir. Bütün insanlar səhər erkən çıxır və nəfsini sataraq ya onu azad edir, ya da tələf edirlər”. Hədisi Müslim rəvayət etmişdir.

  • Cənnətə girməyin asanlığı
    Dec 04 , 2016

    Cabir ibn Abdullah radiyalahu anhu rəvayət edir ki, bir kişi Peyğəmbər salləllahu əleyhi və səlləmə sual verərək dedi: “Necə bilirsən, mən vacib namazları qılsam, Ramazan orucunu tutsam, halalı halal, haramı haram saysam və buna heç nə əlavə etməsəm Cənnətə girərəm?” Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Bəli”. Hədisi imam Müslim rəvayət etmişdir. (Müslim: 15, İmam Əhməd: 3/316, 348, Əbu Yələ: 1940, 2295)

  • Əgər utanmırsansa, istədiyini et!
    Nov 16 , 2016

    Əbu Məsud əl-Bədri radiyallahu anhu Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Əvvəlki peyğəmbərlikdən insanlara çatan söz belədir; Əgər utanmırsansa, istədiyini et!”

Fiqh

  • Dəstəmaz haqqında bilmədiyiniz 10 heyrətamiz gerçək
    Mar 27 , 2017

    1. İnsan vücudunda təxminən 700 Bioloji Aktiv Nöqtə (BAN) vardır. Bunların 66 ədədi “aqressiya nöqtəsi” olaraq adlandırılan ekstra aktiv nöqtələrdir. Bu 66 aqressiya nöqtəsindən 61-i dəstəmaz əzalarında yerləşir. Dəstəmaz zamanı həmin əzalar yuyularkən BAN fəallaşır, aqressiya nöqtələri tarazlıq qazanır. Ona görə də dəstəmaz qaydasındakı sıralamaya diqqət etməkdə fayda var.

  • Namazın sünnətləri-2
    Aug 21 , 2016

    Namaza başladıqdan sonrakı sünnətlər isə birinci təşəhhüd və qunutdur. Qunutun yeri isə sübh namazında ikinci rəkatda və Ramazanın ikinci yarısında vitr namazının sonuncu rəkatında rükudan qalxdıqdan sonradır.

    Buxarinin (1167) rəvayət etdiyi bir hədisdə deyilir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm zöhr namazını qılarkən birinci təşəhüdə oturmadan (üçüncü rkata) qalxdı. Namazın sonunda isə iki dəfə səcdə etdi salam verdi.

  • Bayram namazları
    Jul 03 , 2016

    Bayram namazları müəkkəd bir sünnətdir (şafi məzhəbi). Bəzi İslam alimləri isə bunun vacib olduğunu demişlər (hənbəli məzhəbi). Çünki Bayram namazının qılınması əmr olunduqdan sonra Peyğəmbərimiz salləllahu əleyhi və səlləm vəfat edincəyə qədər onu tərk etməmişdir.

  • Fitrə sədəqəsi və onun şərtləri
    Jun 27 , 2016

    Fitrə sədəqəsi bədənin zəkatıdır. İnsanı bəlalardan mühafizə edər. Zəkat vermək malı qoruyub bərəkətləndirdiyi kimi fitrə vermək də bədəni qoruyub bərəkətləndirər. Özünün və ailəsinin fitrəsini verən bir müsəlman Allah`ın himayəsinə daxil olar.  Fitrə vermək oruc tutanın günahlarını təmizləyər. Oruc tutanın kiçik günahlarına kəffarə olar. Danışılan pis sözlərin və edilən günah əməllərin bağışlanmasına səbəb olar. Bu barədə Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Fitrə sədəqəsi oruc tutanın pis sözlərindən təmizlənməsidir”. (Əbu Davud, İbn Məcə)

  • Ramazanda kimlər oruc tutmaya bilər?
    Jun 19 , 2016

    Ramazanda kimlər oruc tutmaya bilər?

    Ramazan orucu Allah təalanın yalnız müsəlmanlara bəxş etdiyi üstün bir əməldir. Bu mübarək ayda tutulan oruc Allah`ın qullarına buyurduğu fərz əməldir. Bəndə bunun qarşılığında Allah`ın rəhmətini və Qiyamət günü bəxş edəcəyi xüsusi mükafatı qazanır. Hər kəs bu üstünlüyə nail olmağa çalışar. Lakin bununla belə, bir qrup insan vardır ki, onların vəziyyətinə görə Allah onlara asanlıq bəxş etmişdir. Biz bunları və əlavə olaraq, qəza orucun kəffarəsi haqda qısa məlumatları İbn Qudamə əl-Məqdisinin “Oruc kitabı”na istinad edərək və məzhəb alimlərinə əsaslanaraq aşağıda zikr etməyə çalışacağıq.

Təfsir

  • Aug 18 , 2017
    1. Oxuyana Qiyamət günü şəfaətçi olacaq.

    Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Quran oxuyun. Çünki Quran, qiyamət günündə özünü oxuyanlara şəfaətçi olaraq gələcəkdir”. (Müslim 252)

  • Faydalı dərslər 10 – Allah`ın seçilmiş qulları
    Aug 02 , 2017

    Siz də  Rəhman`ın seçilmiş  qulları olmaq istəyirsizsə bunun üçün lazım olacaq özəllikləri bir-bir incələyən Furqan surəsinə baxaq:

    Rəhman`ın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman “Salam” deyərlər. (Furqan 63)

  • Faydalı dərslər 9 – Qəlbin bütləşmiş dəyərlərə qarşı vulkan kimi püskürsün...
    Mar 08 , 2017

    Ey insanlar! Gəlin bir düşünək ki, Quranda Allah niyə bizim “Ey Rəbb`imiz, qəlblərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma!” (Əli İmran 8) deyərək dua etmyimizi istəyir? Çünki ən böyük cihadımız ürəklərimizin şeytan tərəfindən zəbt edilməsinə qarşı olan cihaddır.

  • Təvəssülün növləri
    Aug 29 , 2016

    “Ey iman gətirənlər! Allah`dan qorxun, Ona vəsilə (yol) axtarın. Allah yolunda cihad edin ki, nicat tapasınız!”. (Maidə 35)

    “Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbb`inə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən, Rəbb`inin əzabı qorxuludur!” (İsra 57)

  • Faydalı dərslər 8 – Qurani Kərim necə nazil olub?
    Jun 25 , 2016

    “Şübhəsiz ki, biz onu (Quranı) Qədr gecəsində nazil etdik”. (Qədr 1)
    Abdullah ibn Abbas, Şəbi, Səid ibn Cübeyr bu ayəni belə izah etmişlər: “Şübhəsiz ki, biz Quranı Lövhi-Məhfuzdan dünya səmasına Qədr gecəsində toplu halda nazil etdik”. Bu şərhə görə Allah təala, Quran`i-Kərimi, Qədr gecəsində toplu halda dünya səmasına nazil etmiş və oradan da iyirmi üç il ərzində parça parça (hissə-hissə) yer üzünə nazil etmişdir.

Tarix

  • Peyğəmbərin məscidi (Məscidi Nəbəvi) haqqında bilmədikləriniz!
    Mar 24 , 2017

    Qüsursuz gözəlliyin bir səhnəsini görmək - biz ümumiyyətlə bunu “Dünyadakı Cənnət” təbiri ilə bilirik. Lakin özünü tam mənasıyla dünyadakı Cənnət elan edə biləcək tək bir yer var. Bu da Peyğəmbər salləllahu əleyhi və səlləmin məscidinin (Məscidi Nəbəvi) detalları; yaşıl xalçalarla və milyonlarla göz yaşı ilə örtülmüş, Cənnət bağçalarından bir bağçadır. Elə bir yer ki, yaşamış hər müsəlman tərəfindən bilinər, elə bir yer ki, onun haqqında bilmədiyimiz bir çox şeyi var.

  • Fil Hadisəsi və Fil Əshabı
    Feb 14 , 2015

    (Müəllif adı göstərilmədən və sayta istinad edilmədən edilən paylaşıma halallıq verilmir)

    VI-VII əsrlərdə Həbəşistanda xristianlığın monofizit məzhəbini mənimsəmiş Aksum sülaləsi hakimiyyətdə idi. Yəmən torpaqlarındakı Himyər dövlətinin Zu Nuvas adlı yəhudi kralı ölkəsindəki xristianlara qarşı təqib və təzyiqlərə əl atmış və Nəcrandakı xristian ərəb qəbilələrinə qanlı divan tutmuşdu.

  • Orta Əsrlərdə İslam Dünyasında Məhkəmə-Hüquq Qaydalarına Dair
    Feb 12 , 2015

    (Müəllif adı göstərilmədən və sayta istinad edilmədən edilən paylaşıma halallıq verilmir)

    Qazıların özlərinə məxsus geyimləri var idi, onlar uzun qara cübbə (mantiya) və qələnsut adlanan, silindrvari uzun qara baş geyimi geyirdilər. X əsrin ikinci yarısına təsadüf edən bir hadisədə ittiham olunan bir qadın qazının görünüşündən qorxaraq məhkəmə zalına daxil olmaq istəməmişdi. Belə ki, qazınin qələnsutunun uzunluğu bir dirsək, sifətinin uzunluğu bir dirsək, saqqalının uzunluğu da yenə bir dirsək olduğu üçün öz görkəmi ilə cavabdehi qorxutmuşdu.

İslamı Necə Anlayaq?

Günün Ayəsi

Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim.(Maidə 3)

Günün Hədisi

Aişə radiyallahu anhə demişdir: “Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Kim bizim bu işimizə (İslama) ondan olmayan bir yenilik gətirərsə, o rədd olunar. (Buxari, Müslim)

Günün Sözü

Eyyub Sixdiyani demişdir: “Bidət sahibi əməl işlədikcə Allah`dan daha da uzaqlaşar”

Namaz vaxtları

Bölgələrdə namaz vaxtının, Bakı vaxtı ilə fərqi aşağıdakı kimidir (dəqiqə ilə):
Ağdam +11,
Astara +2,
Gəncə +14,
Qazax +19,
Quba +6,
Lənkəran +3,
Saatlı +7,
Sabirabad +5,
Şamaxı +6,
Şəki +12,
Xaçmaz +10,
Yevlax +11,
Naxçıvan + 17,
Göyçay +8,
Zaqatala +14.
Qəbələ +8.

Günün Fotosu

Günün Videosu

Gafir 39-52 | Muhammad al Muqit

Abunə ol

Ən çox oxunan

  • Qüslün fərzləri
    Apr 24 , 2014

    Qüslün fərzləri üçdür. Bunları aşağıdakı kimi sadalamaq olar;

    1. Niyyət.

    Buxari (1) və Müslim (1907) Əbu Hafs Ömər ibn Xəttab radiyallahu anhdan belə dediyini rəvayət etmişlər: “Allah Rəsulu salləllahu əleyhi və səlləmi belə buyurarkən eşitdim: “Bütün əməllər niyyətlərə görədir, şübhəsiz ki, hər bir kəsə niyyət etdiyi qalar. Kim Allahvə Rəsulu üçün hicrət edərsə onun hicrəti Allahvə Rəsuluna, kim də hicrətini dünyanı əldə etmək və ya (hansısa bir) qadınla nikah bağlamaq üçün edərsə onun hicrəti niyyət etdiyi şeyədir”.

  • Sep 19 , 2016

    Maraqlıdır, Muhamməd peyğəmbər (sallallahu aleyhi və səlləm) Quranı özümü uydurmuşdu? Öz əsəri olmadığını haradan bilə bilərik?  Biz bu məqalədə bu məsələylə bağlı bütün mümkün faktları gözdən keçirərək Quranın bir insan tərəfindən uydurulma ehtimalını araşdıracağıq və məsələyə analitik baxış sərgiləyəcəyik:

  • Dəstəmaz haqqında bilmədiyiniz 10 heyrətamiz gerçək
    Mar 27 , 2017

    1. İnsan vücudunda təxminən 700 Bioloji Aktiv Nöqtə (BAN) vardır. Bunların 66 ədədi “aqressiya nöqtəsi” olaraq adlandırılan ekstra aktiv nöqtələrdir. Bu 66 aqressiya nöqtəsindən 61-i dəstəmaz əzalarında yerləşir. Dəstəmaz zamanı həmin əzalar yuyularkən BAN fəallaşır, aqressiya nöqtələri tarazlıq qazanır. Ona görə də dəstəmaz qaydasındakı sıralamaya diqqət etməkdə fayda var.

  • Qurani Kərim haqqında məlumat
    Jan 14 , 2014

    Quran sözünün mənası "çox oxunan" , " toplanmış", "özündə toplanan"deməkdir.

    Termin olaraq "Peyğəmbərimiz Muhamməd sallallahu əleyhi vəsəlləm`ə nazil olan, mushaflarda yazılan, bizlərə təvatur yolu ilə çatan,

  • İlk maneəni keçənə dəftəri sağdan verilər
    Nov 21 , 2014

    Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Qəbir axirət həyatının ilk dayanacağıdır. Qəbrə girən insan oradan qurtularsa bundan sonrası daha asan olacaqdır. Əgər qurtulmazsa sonrası da daha çətin və sıxıntılı olacaqdır”.[1]

  • Subay şəxsin edəcəyi 11 şey
    Feb 28 , 2017

    Subay şəxsin edəcəyi 11 şey

    Evlənmək, dinimizdə əhəmiyyətli ibadətdir. Lakin, bu hər adamın həyatına, şəraitə və istəklərinə görə dəyişə bilər. Evliliyin uzanması halında – insanların diqqət etməsi lazım olan ən əhəmiyyətli xüsus harama düşməməkdir. Bunu asanlaşdırmaq üçün aşağıdakılar tövsiyə edilə bilər:

  • Bir mələk də siz çağırın
    Dec 23 , 2014

    Əbu Hureyra ilə Əbu Said el-Xudri radıyallahu anhumadan rəvayət edildiyinə görə Allah Rəsulu salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “Bir camaat Alah`ı zikr etmək üçün toplaşsa mələklər onların ətrafına toplaşar, Allah`ın rəhməti onları əhatə edər, üzərlərinə sükunət enər və Allah Təala onları mələklərin yanında tərifləyər”.

  • İstiğfarın (Allah`dan bağışlanma diləməyin) fəziləti və faydaları
    Aug 05 , 2015

    Bismilləh, əlhəmdulilləh, və`s-salətu və`sələmu alə Rasulilləh, əmmə bəad.

    Adəm övladı öz zəif yaradılışı ilə həyatının bütün sahələrində səhvlər buraxır və xətalar edir. Bəzən nəfsinin və şeytanın təhriki ilə günaha sövq edilir. Yəni xəta etmək onun təbiətinə xas bir əməldir. Allah Rasulu salləllahu əleyhi və səlləmdən belə buyurduğu rəvayət edilmişdir: “Adəm övladının hamısı xəta edəndir”.

  • Jan 01 , 2014

    Əqidə “əqd” kökündən gəlir. Mənası təsdiq etmək, sağlam və yerli yerində etmək, sıx bir şəkildə bağlamaq və bir-birinə bağlamaq deməkdir. Əqd bir şeyi açmağın əksidir və bu söz ərəb dilində  daha çox bir şeyi bağlamaq mənasında işlədilir.

  • İxlaslı olmağın əlamətləri
    Apr 23 , 2014

    Bismilləh  əlhəmdulilləh , və`s-salətu və`s-sələmu alə Rasulilləh, əmmə bəd

    Ey dəyərli müsəlmanlar.  Uca Rəbb`imiz bizi yalnız Ona ibadət etmək üçün yaratdı. Allah təala buyurur:

  • Faydalı dərslər 4: Sədəqənin önəmi
    Feb 24 , 2015

    Ey iman edənlər! Heç bir alış verişin, heç bir dostluğun və heç bir şəfaətin olmadığı qiyamət günü gəlmədən öncə, sizə ruzi olaraq verdiklərimizdən Allah yolunda xərcləyin. İnkar edənlər isə zalımlardır. (Bəqərə, 254)

  • Ateistin həyatındakı ilahi dəyərlər
    Mar 15 , 2016

    Ateistlik, Allaha qarşı vecsizliklə yanaşı yoğun şübhə içində yaşamaqdır. Ateist yaşayanlar bir tərəfdən Allaha inanmadıqlarını söyləyir, olmadığını iddia edir, digər tərəfdən isə Allahı yoğun bir şəkildə sorğu-suala tuturlar. Əslində Allahı sorğu suala tutmaq, Allah haqqında şübhədən tamamilə qurtula bilməməyin işarəsi deyilmi? Allahın var olmadığı yalnız bir neçə sullamı müəyyənləşir? Bu cür ciddi və açıq aşkar bir Gücü bir neçə sualla müəyyənləşdirmək nə dərəcədə elmi yanaşmadır?

  • İslama necə dəvət etməli – 4-cü mərhələ
    Jul 30 , 2015

    Bu mərhələ bir çox halda ən vacib, şəxsi Allah’a təslim olan qullardan biri edəcək, onu ibadət və itaətə boyun əyəcək hala gətirən, qəlbini İslam nuruna açan ən önəmli mərhələ sayıla bilər.  Çünki  bu mərhələni uğurla başa çatdıran dəvətçi artıq bir növ “binanın bünövrəsini qoyaraq, tikintiyə hazır vəziyyətə gətirir”.  Ona görə də dəvətçinin bu mərhələ üzərində bəzən aylarla, hətta illərlə dayanması, səbr etməsi lazımdır.   

  • Rəcəb və Şaban aylarında oruc tutmaq
    Apr 20 , 2015

    Sayta ünvanlanmış olan çoxsaylı sualları nəzərə alıb bu açıqlamani vermək istəyirik. Rəcəb və Şaban aylarının müəyyən günlərini oruc tutmaq və ya gecələrini ihya etmək haqqında Allah Rəsulu salləllahu əleyhi və səlləmin sünnəsində bir dəlil yoxdur.

  • Sübh namazına oyanmaq üçün qızıl qaydalar
    Nov 13 , 2015

    Sübh namazına qalxmaqda çətinlik çəkirik? və bu problemi heç cür həll edə bilmirik? Suffa ailəsi olaraq bu problemi aradan qaldırmaq üçün aşağıdakı üsulları təqdim edirik.

  • Ateizm və Allah: həqiqət nədir?  (analitik baxış)
    Jul 09 , 2016

    Ateizm  müəyyən bir həyat tərzidir və təməl olaraq Tanrı anlayışını inkar etməkdir. Biz bu məqalədə ateizm düşüncəsi və Allahın varlığı haqdaki məsələyə müqayisəli analtilik bir baxış sərgiləyəcək, praktiki misallarla oxucularımızın zehnini düşündürərək onların baxış açısını genişlətməyə çalışacağıq.

  • Düşüncə tərzini dəyişmək
    Aug 13 , 2016

    Dəvətçi qardaşım! Bil ki, sən insanların düşüncəsini dəyişməlisən. Əgər bunu etməsən imana dəvət etdiyin insanlarda iman görünüşünü görsən də, iman sütununu görməyəcəksən. Sən ilk öncə insanları özlərini dəyişməyə səbəb olacaq düşüncəyə yönəltməlisən. Bax Rəbb`im nə deyir:

  • Apr 28 , 2017

    Müsəlman: Siz elmə və texnologiyaya inandığınız üçün ateist olduğunuzu iddia edirsiniz. Düşünürsünüz elm o qədər inkişaf edib ki, sizin hər hansı müqəddəs kitaba və ya inanca ehtiyacınız yoxdur. Bir cihaz olduğunu hesab edək. Dünyada heç kimin daha əvvəl görmədiyi bir cihaz. Bu cihazın iş prinsipini ilk kim söyləyə bilər?

  • Quranda qar kəliməsi keçirmi?
    Dec 16 , 2015

    Ateistlərin Qurana etdiyi iradlardan biri də onda Qar yağışının olmamasıdır.
    Deyilir: “Axı necə ola bilər ki, Allah tərəfindən göndərilən bir kitabda planetin bir çox hissəsini əhatə edən soyuq iqlimdən və qar yağışından söz açılmır? Bir cox təbii hadisələrdən söz açan Quran, qar sözünü işlətmir. Ərəbistan üçün yad olan qış fəslinə belə eyham vurmur? Bunların olmaması Quranın Allah tərəfindən deyil, Muhəmməd sallallahu aleyhi və səlləm tərəfindən yazılmasını bir daha təsdiqləyir”.

  • İslama necə dəvət etməli − 1-ci mərhələ (hazırlıq)
    Jun 15 , 2015

    Müsəlmanın bu dünyada ən önəmli vəzifələri İslama bacardığı qədər sarılmaq və bildiklərini başqalarına öyrətmək; yəni dəvət etməkdir. Dəvətçi dəvətinə başlamadan öncə ruhunu, elmi və praktiki həyatını dəvətə hazır şəkilə gətirməlidir.

  • Allah`ın qulları üzərindəki haqqı
    Mar 05 , 2015

    Muaz İbn Cəbəl radiyallahu anhu belə demişdir: “Bir gün peyğəmbər salləllahu əleyhi və səlləmin tərkində oturmuşdum. O mənə “Ey Muaz!” deyə səsləndi. Mən də “Buyur Ey Allah`ın Rəsulu” dedim. Sonra bir müddət yeridik, O yenə “Ey Muaz!” deyə səsləndi.

  • May 13 , 2016

    Suffa nədir???

    Peyğəmbər salləllahu əleyhi və səlləmin məscidinin bir tərəfində üstü bağlı bir məkana “Suffa” və burada yaşayanlara isə “Əshabu`s-Suffa” (Suffa əhli) deyilirdi.suffa nedir 1280

    Burada, qalmağa evi olmayan yoxsul və kimsəsizlər yaşayırdı. Bu insanlar iş tapdıqları zaman işləyər və ruzilərini qazanardılar. İş tapmadıqları zaman isə Peyğəmbərimiz və səhabələrin zənginləri tərəfindən onların gündəlik ehtiyacları ödənərdi. Bu qrupdan evlənənlər ayrı bir yerdə onlar üçün tikilən evə köçüb orada yeni bir yuva qururdular.

    Burada qalanlar, hər zaman Peyğəmbər salləllahu əleyhi və səlləm­lə birlikdə olar, onun elmindən faydalanardılar. Bu insanlar günlərini ibadət etmək və elm öyrənməklə keçirərdilər. İslamda ilk təlim və tədris mərkəzi, Suffa məktəbi və bu məktəbin ilk müəllimi də peyğəmbərimiz Muhamməd salləllahu əleyhi və səlləm olmuşdur. Peyğəmbərimizdən ən çox hədis rəvayət edən Əbu Hüreyrə də bu məktəbin yetirmələridndən idi.

    Bu məktəbdə yetişənlərin içində, islam dinini, Quranı və hədisləri çox gözəl bir şəkildə anlayan və açıqlayan alimlər var idi. Başqa yerlərdə islamiyyəti insanlara çatdırmaq üçün vəzifələndirilən şəxslər bu məktəbdən seçilirdi.

    Bu səbəblə Suffa adını daşıyan bu yer islam tarixində ilk qurulan məktəbdir. Bu məktəbdən yetişənlər islamın yayılmasında və dinin öyrədilməsində çox mühüm vəzifələr yerinə yetirmişdilər.

    Allah`dan təmənnimiz qurduğumuz bu saytın da “Ashabu`s-Suffa” kimi insanlara xeyirlərə vasitə və vəsilə olmasıdır. İnanırıq ki, Peyğəmbərimiz salləllahu əleyhi və səlləm dönəmində və sonrasında yeni nəslin yetişməsində Suffa məktəbinin rolunu bu gün bizim bu xidmətlərimiz yerinə yetirəcəkdir. Müvəffəqiyyət Allah`dandır....

  • Min aydan daha xeyirli Qədr gecəsi ( fəziləti, vaxtı və əlamətləri)
    Jul 08 , 2015

    Bismilləh , əlhəmdulilləh, vassalətu vas sələmu alə rasulilləh, əmmə bəad.

    Allah təala İslam ümmətini bütün yönləri ilə digər ümmətlərdən üstün qılmışdır. Rəbb`imiz buyrurur:

    Siz insanlar üçün çıxarılmış ən xeyrli ümmətsiniz. (Əli İmran 110)

  • Ramazanı mükəmməlləşdirən 30 əməl
    Jul 03 , 2015

    Oruc Allah`la Qul arasında olan bir ibadətdir. Ramazanda əməllərə 700 dəfəyə qədər çox savab yazılar. Əməllərin savabının daha çox artırılması isə Allah`la qul arasındadır. Ramazan ayı bərəkətli aydır. Bu ayda müsəlman yalnız oruc tutmaqla kifayətlənməməlidir. Alimlər bu ayda edilməsi müstəhab olan əməlləri bizə bildirmişlərdir. Bunlar aşağıdakı kimidir.

  • Dəvətçinin nəfsi ilə savaşı
    Jan 30 , 2015

    Bu məsələ çox önəmli bir məsələdir. Çünki dəvətçi dəvət prosesində nəfsinin vəziyyətinə nəzarət etməlidir. Bu işdə isə Allah`dan yardım diləməlidir.

    Daxili dünyasını daim Allah`ı təfəkkürlə doldurmalıdır. İstiğfarı və zikri digər insanlardan çox etməlidir.