Skip to main content


Sual 13: Bizə sehr olunduğunu necə bilək və xilas olaq?

Təəsüflər olsun ki, 21-ci əsr elm və inkişaf, öz bacarığıyla irəliyə getmə əsri olduğu halda bu gün cəmiyətimizdə hələ də cadu (sehr) kimi pis işlərlə məşğul olanlar vardır. İnsanlar ya başqalarının uğurlarını gözü götürmədiyi üçün, ya aralarında hansısa ailə-məişət zəminində yaranan anlaşılmazlıq nəticəsində “qisas”  üçün, ya da kimisə gözü götürmədiyinə görə pislik etmək üçün bu kimi yollara əl atırlar. Və ya məşhur şəxslər az qala günlük işlərini belə cadukarların məsləhətilə görürlər. İnsanlar Allaha inanıram deyir, amma Allahın əmrini vecinə almırlar. Maddi gəlir vəya şəxsi arzu və istəklərinə görə insanlar bütün sərhədləri aşır, günah, haram bilmillər. Halbuki sehr, cadu haramdır, sehr edən də, cadukər yanına gedən də Allahın qəzəbinə tuş gələr. Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Peyğəmbər s.a.s də cadukarlığı 7 həlak edici böyük günahlardan biri olduğunu bildirmişdir. Sehrin və cadunun günah əməl olması barədə Həzrət Mühəmməd Peyğəmbər (s.a.s) həmçinin buyurmuşdur: «Hər kim ipə düyün vurub əfsun oxusa, sehr etmiş sayılır. Sehrlə məşğul olan isə şirk etmiş olur. Kim (özünü qorumaq üçün) öz üzərinə nə isə taxsa, taxdığı əşyanın öhdəsinə buraxılır (Allahın himayəsindən çıxmış olur)» («Sünənün-Nəsai», «Müharibə» kitabı, 4084-cü hədis)


Bəs bir şəxs ona sehr (cadu) oldunğunu hardan bilə bilər?

Sehrin əlamətləri aşağıdakı kimidir:

  1. Bir insan evinin bir otağında yata bilir digərində isə yox, yaxud bir otaqda ev əhli rahat olur digər otaqda isə daim söz-söhbət və dava-dalaş baş verir. Bir ailə evdə özlərini narahat hiss edir, aqressivləşir, evdən çölə çıxdıqda isə bir-birlərinə normal münasibət göstərirlər.
  2. Hər zaman qarnınızda səbəbsiz ağrı varsa və həkimlər heç bir problemin olmadığını deyirsə bu sehrin əlaməti ola bilər.
  3. Bədəninizdə qəribə ağrıların daim fərqli orqanlarınızda yer dəyişdiyini hiss edirsinizsə, xüsusilə yemək yeyən zaman udqunmağınıza mane olan bir səbəbin olduğunu hiss edirsinizsə bu sehr əlamətidir.
  4. Anormal şəkildə ətrafdakı insanların hiss etmədiyi qoxular və səslər duymağınız sehr əlamətidir. Bunun ən təhlükəlisi isə heç kimin görmədəyi şeyləri görməyinizdir.
  5. Gecə yuxularınızda bəzən deyil, daim yuxarıdan düşdüyünüzü görməyniz.
  6. Yuxunuzda ilan, əqrəb, qara it və s. heyvanların daima sizi dişləyib, sancdığını görməyiniz.
  7. Qurani Kərim oxuduğunuzda (xüsusilə ərəbcə) özünüzü həddən artıq narahat hiss etməyiniz.
  8. Səbəbsiz yerə insanlardan uzaqlaşmaq, heç kimlə danışmaq və ya görüşmək istəməməyiniz.
  9. Səbəbsiz yerə yuxusuzluq və ya gecələr tez-tez qorxulu yuxular görmək.
  10. Azan oxunduğu zaman narahat olursunuzsa bu sizə sehr olunduğunun nişanələridir.

Bəs necə qarşısını alaq və xilas olaq?


  1. Günahlardan çəkinib, yaxşı əməlləri artırdıqca insanın ətrafında onu əhatə edən bir rəhmət qalxanı yaranır ki, bu onu sehrin təsirindən qoruyur. Əkinsə günahları artırmaq insanı bu rəhmət qalxanından məhrum edir. Davamlı olaraq musiqi dinləyən, davamlı olaraq televizor və ya internet izləyərək gözü haramlara baxmağa öyrəşən insana və ya davamlı olaraq haram mal yeyən, Allah`ın haram buyurduğu bankların faizli kreditlərindən istifadə etmək sehrin təsir gücünü artırır.
  2. Müsəlmanlar “Müsəlmanın Qalası” adlanan səhər-axşam zikrlərini tərk etməməlidir. (Bu zikrlərin vaxtı səhər-sübh namazından günəş çıxana qədər, axşam- əsr namazından günəş batana qədər olan vaxt). Bu zikrləri əldə etmək istəyən mobil telefonlarda da “Müsəlmanın Qalası” adlı kitabçanı yükləyə bilər.
  3. Səhər və xşam Ayətul-Kürsi, Fələq, Nəs və İxlas surələrini oxumaq. Allah Rəsulu salləllahu əleyhi və səlləm yatarkən İxlas, Fələq və Nəs surələrini oxuyur, əllərinə üfürdükdən sonra (əllərini) üzünə, sonra isə bədəninə çəkərdi. (Əbu Davud, Tirmizi, Buxari, Müslim) Bunu etməklə insan həm sehrdən qorunmuş olar, həm də qorxulu yuxulardan azad olar. Qurani-kərimin «Fələq» surəsində buyurulur: «De: «Pənah aparıram… (əfsun oxuyub) düyünlərə üfürən qadınların şərindən» («Fələq», 4).
  4. Evdə davamlı olaraq ərəbcə Bəqərə surəsini oxumaq və ya dinləmək
  5. Evin bir küncündə məscid formalaşdırmaq, orada ev xalqı ilə birlikdə ibadət etmək, Quran oxumaq və s. Bu, cin və şeytanların o evdən uzaqlaşmasına səbəb olur
  6. Xüsusi ruqiyyə ayələri vardır ki, bunu internetdən hazır formada yükləyib dinləmək və ya ev ətrafında onu səsləndirmək olar.
  7. Bütün bunlara baxmayaraq sıxıntılar bitmirsə, ərəbcə düzgün oxuyan və ruqiyyə etməyi bacaran bir şəxsdən onun üçün ruqiyyə etməsini xahiş etmək. Cadu tapılarsa əvvəlcə onu Quran oxunmuş suyun içərisinə salaraq təsirini yox etmək və sonra yandırmaq lazımdır.

Allah təala bizi sehrin şərrindən qorusun. Amin!!

İnsanlar cadu tapdıqları zaman  böyük bir xəta edirlər. Ələxsus da qadınlar bu səhvlərə yol verir. Cadunu tapan kimi çox böyük bir günah edirlər. Onlar elə zənn edirlər ki cadunu tapan zaman onu tualetə atıb murdarlamaq lazımdır. Bu böyük bir xətadır. Bu şeytanın onlara olan aldatmasıdır . Cadunu taparkən özünüzü itirməyin. Yeməkdə içməkdə istifadə olunmayan bir qaba su doldurub ərəbcə bilirsizsə  Fələq, İxlas, Nas surələri, Ayətəl Kursi və Fatihə surəsini hərəsini 3 dəfə oxuyaraq suya üfürürsünüz. Sonra həmin caduları həmin suyun içinə salırsınız və 10-15 dəqiqə suyun içində qalır. Sonra ordan çıxarıb, qurudub, yandırırsınız. Ərəbcə bilmədikdə isə öz dilinizdə 3 dəfə "Allahım bu caduları batil et" deyərək suya üfürürsünüz. Və yaxud 1dəfə deyə bilərsiz amma 3 dəfə desəniz daha yaxşı olar. Cadunu nəcasətə salmaq lazım deyil bilin ki onun üzərində Allahın adı da olur, bəzi ayələr də olur, bəzən hansısa bir dua da olur. Təbii ki orda ayələrə müxalif şeylər də olur. İkinci məsələ cadunu tapandan sonra onu araşdırmaq, içində nələrin yazıldığını öyrənmək lazım deyil. Bunu bilmək lazımdır ki cadu elə bir xəttlə yazılır ki onu başa düşmək olmur onu yalnız cinlərin dilini bilən birisi tərcümə edə bilər. Cadunun əlamətləri dördbucaqlı fiqurlar, qeyri adi yazılar, tilsimlərdir bunları yalnız cadugərlər oxuya bilər. Bizlər onları oxuyub anlaya bilmərik. Bunları oxumağın heç bir faydası da yoxdur. Bunu batil edin yetərlidir. Murdarlamaq qətiyyən olmaz əksinə murdarlamaq cadunu daha da şiddətləndirir. Çünki şeytanlar Allahın adının nəcasətə batmasını istəyirlər. Bu kimi şeylərə diqqət yetirin. Allah təala bütün müsəlmanlara edilən caduları batil etsin, günahlarımızı bağışlasın. (son hissə Anar Raufoglunun videosundan götürülmüşdür)