Skip to main content


Həyatınıza təsir edəcək nəsihətlər - 2

2. Səhih bir hədisdə deyilir: “Allah`a və axirət gününə iman edən kimsə ya xeyir söyləsin ya da sussun”. Əgər deyəcək yaxşı bir şeyin yoxdursa, o zaman səssiz qal.

 

Həyatınıza təsir edəcək nəsihətlər - 2

 

3. Şeytan insanı ilk öncə sünnət namazından yayındırar. Daha sonra vitr namazından. Sonra fərz namazını gecikdirər. Sonra sübh namazını qaçırmağa başlayarsınız və ən sonunda isə hamısından sizi yayındırar və namaz qılmağı tamamilə dayandırarsınız. Bütün bunlar sadəcə sünnət namazını qılmadığınız üçün baş verər.

4. Oğlunuz, qızınız, valideynləriniz və ya yaxın bir kimsəniz sabah olmaya bilər. Evlərinizə gedin, onları qucaqlayın və salam verin.

Həyatınıza təsir edəcək nəsihətlər - 2

 

5. Niyə “Allah`ım, mən bu yanlışı etdim, cəzalanmağı haqq edirəm, məni cəzalandır” deyirsiniz? Niyə özünüzə bunu rəva görürsünüz? Əksinə “Allah`ım məni bağışla”, “Allah`ım məni sıxıntıdan qurtar” deyə dua edin.

 

Allah`ın sizə nə qədər çox nemət bəxş etdiyini düşünməyə başlayın. Bir-bir, hər birini xatırladığınız və düşündüyünüz zaman “Əlhəmdulilləh” deyin.

 

6. Sadəcə sizdən fəqrli bir günah etdiyi üçün başqalarnı mühakimə etməyin.

Həyatınıza təsir edəcək nəsihətlər - 2

 

7. Birini dəvət edirsənsə dəvət metodları dəyişə bilər. Lakin sonda əsas qəlbləri qazanmaq olduğunu unutma. Cəhənnəm atəşindən qorxutmaqla yanaşı əsas Allah sevgisini izah edin, saleh əməl işləməyin mükafatını izah edin.

 

8. Əgər yaşayır və nəfəs alırsınızsa bu sizə problemlərinizi unutdurmalıdır. Ölü ola bilərdiniz. Lakin həyatdasınız. Oturun və problemlərinizin nə qədər böyük olduğuyla birlikdə onları dəyişdirmə fürsətinizin də nə qədər böyük olduğunu düşünün! Nəfəs alın, gülümsəyin və dəyişin.

 

9. Uşaqlarla xoş rəftar edin, onların daim bir şəxsiyyət kimi formalaşması üçün çalışın.

Həyatınıza təsir edəcək nəsihətlər - 2

10. Quran oxumaq üçün zaman ayırın. Quran oxuya bilmək neməti, təxmin belə edə bilməyəcəyiniz şəkildə həyatınızı bərəkətləndirəcək.

 

11. İnsanı üzü üstə buraxan öz ağlıdır. Allah insanı üzü üstə buraxmaz. Onun qapısına gəlməyinizi gözləyər, lakin qapı Onun istədiy zamanda açılacaq. Qapısını açmağa qərar verdiyi ana qədər səbrli olmalısnız.

 

12. Ağlınızda həddən artıq düçüncə olduğu üçün yata bilmirsiz. Yatağa yatarkən Onun adını anın, sadəcə Onu xatırlayın və ya biraz Quran oxuyun. Savab qazanmağınızı istəmədiyi üçün şeytan sizi yatızdıracaq.))

Həyatınıza təsir edəcək nəsihətlər - 2

 

 

13. Quran bizə qorxu və üzüntüyə əsir olmamağı öyrətmişdir. Üzüntü əksər hallarda keçmişlə, qorxu isə gələcəklə bağlıdır. Keçmişin ardından göz yaşı tökməyin mənası yoxdur. Bunun üçün Allah tövbəni bəxş etmişdir. Bağışlanma diləyin və həyatınıza davam edin. Gələcəkdə pis şeylər olacaq deyə qorxmağın da mənası yoxdur. Bunun üçün isə Allah təvəkkülü verdi. Allah`a güvənin və həyatınıza davam edin. Dinimiz nə gözəldir.

 

14. Allah`ın rəhməti hər zaman üzərinizdədir lakin İmam Ğazalinin də dediyi kimi “Qəlblər qablar kimidir; doğru yönə döndərərsəniz yağış suyu dolar amma tərs döndərsəniz yağış suyu boşa axar. Elə isə qəlbinizlə Allah`a yönəlin ki, beləcə Allah`ın rəhməti həmişə üzərinizə olsun.

Həyatınıza təsir edəcək nəsihətlər - 2

 

15. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Qəbul ediləcəyinə yəqinliklə inanaraq Allah`a dua edin və bilin ki, Allah təala, ürəyi qəflət və boş şeylərlə dolu olan bir kimsənin duasını əsla qəbul etməz”. (Ramuz əl-Hədis səh. 21/hədis 13)

 

16. Bəzən insanlar səssiz qalır amma bu onların söyləcək bir şeyləri olmadığı mənasına gəlməz. Sizin üçün ən pis olanı, ailənizin qəzəblənmənizdən çəkindiyi üçün sizə öz ehtiyaclarını söyləməməsi və sizə nəsihət etməməsidir.

Həyatınıza təsir edəcək nəsihətlər - 2

 

Bu məqalə Nouman Ali Xanın söhbətləri əsasında hazırlanmışdır. Suffagah.com